İran beynəlxalq miqyasda fəaliyyət göstərən terrorçunu ələ keçirib

İran beynəlxalq miqyasda fəaliyyət göstərən terrorçunu ələ keçirib

İranın Kəşfiyyat Nazirliyi beynəlxalq miqyasda fəaliyyət göstərən terrorçunu həbs etdiyini açıqlayıb.

Az.rasthaber.com "IRNA"ya istinadən xəbər verir ki, İranın Kəşfiyyat Nazirliyindən verilən açıqlamada, Suriyada fəaliyyət göstərən terrorçunun təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildiyi açıqlanıb.

Həbs edilən terrorçunun kimliyi və hansı təşkilatın üzvü olduğu barədə hələlik məlumat paylaşılmayıb.

İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin verdiyi açıqlamada, ələ keçirilən terrorçunun təhlükəli və qırmızı bülletendə olduğu bildirilib.

İrana qarşı təkfirçi və radikal qruplarla əməkdaşlıq etdiyi bildirilən terrorçunun Suriyanın Hələb, Homs və İdlib kimi şəhərlərində terror aktları törətdiyi və bu bölgədəki terror təşkilatları ilə əməkdaşlıq etdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR