İran bankları da Rusiyada filial açacaq

İran bankları da Rusiyada filial açacaq

Bu qərar VTB Bankın İranda mayın 17-də baş tutan ilk nümayəndəliyinin açılışından sonra qəbul edilib.

Az.rasthaber.com xəbər verir ki, İran hakimiyyəti ölkədə investisiya imkanlarını müəyyən etmək üçün iki İran bankına Rusiyada nümayəndəlik və filial açmağı tövsiyə edib. Bu barədə ISNA agentliyi İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimiyə istinadən məlumat yayıb.

“Biz Rusiyada kommersiya və iqtisadi investisiya imkanlarını müəyyən etmək üçün iki banka <…> nümayəndəliklər, sonra isə filiallar açmağı tövsiyə etdik”, - deyə Kərimi bildirib.

Agentliyin məlumatına görə, bu qərar VTB Bankın İranda mayın 17-də baş tutan ilk nümayəndəliyinin açılışından sonra qəbul edilib. İran tənzimləyici orqanın rəhbərinin müavini bu addımı yüksək qiymətləndirib və bunu İran - Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı başlanğıc adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR