Mərkəzi Bankın sədri Məhəmməd Rza Fərzinin iştirak etdiyi mərasimdə Rusiyanın "Mir" kimi tanınan bank şəbəkəsi İranın bank şəbəkəsinə (Şetab) qoşulub. Beləliklə, bundan sonra İran bank kartlarından Rusiya banklarında istifadə etmək mümkün olacaq.
Az.rasthaber.com xəbər verir ki, bundan sonra hər bir iranlı bu ölkədəki bankomatlardan Rusiya valyutası olan “Rubl” şəklində İran kartlarından öz Rial vəsaitlərini ala bilər.
Ruslar və ya Rusiyada bu ölkənin bank kartlarını almış şəxslər bu layihənin ikinci mərhələsində İranda bu imkandan yararlana bilərlər.
İki ölkənin bank müqavilələrinə əsasən, üçüncü mərhələdə İranın Şetab kartlarından Rusiya mağazalarının qəbuledicilərində istifadə oluna biləcək. Buna əsasən, İran vətəndaşları bu ölkəyə səfər edərkən İran bank kartları ilə ölkənin mağazalarında alış-veriş edə biləcəklər.