İran Bağdaddakı terror aktını pislədi

İran Bağdaddakı terror aktını pislədi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bağdadın Sədr qəsəbəsində törədilmiş terror hərəkətini kəskin tərzdə pisləyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Səid Xətibzadə bu vəhşicəsinə hərəkəti Qurban bayramı ərəfəsində İraqın məzlum xalqının qanını qaraldan bu ölkədəki nəhs terror ssenarilərinin təkrarlanması istiqamətində dəyərləndirib.

İran xalqı və dövlətinin İraqın xaqlı və dövlətinə başsağlığını çatdıran Xətibzadə bu kədərli hadisədə həyatlarını itirənlər üçün ilahi rəhmət diləyərək, yaralananlar üçün sağlamlıq diləyib.

O, İranın İraqdakı terror hərəkətlərilə mübarizə məqsədilə bu ölkə hökumətilə həmkarlığa hazır olduğunu vurğulayıb.

İnformasiya mənbələri bildiriblər ki, İŞİD terror qrupu Bağdadın Sədr qəsəbəsinə qarşı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR