Abdollahian şəxsi "Twitter" səhifəsində yazıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Parlamenti sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hüseyin Əmir-Abdollahian BƏƏ-nin sionist rejimlə münasibətlərinin normallaşdırılmasını strateji səhv adlandıraraq deib, bu hərəkətlə BƏƏ sionizm oduna alışacaq.
Abdollahian şəxsi "Twitter" səhifəsində yazıb: "BƏƏ-nin saxta və cinayətkar Sionist rejimi ilə münasibətlərini normallaşmağa meyl etməsi nəinki sülh və təhlükəsizliyin xeyrinə deyil, əksinə, sionistlərin cinayətlərinin davam etməsinə xidmət edir. Əbu Dabinin bu davranışını heç cür əsaslandırmaq olmaz və bu, Fələstin və Qüds ideallarından açıq şəkildə dönüşdür. Bu strateji səhvlə BƏƏ sionizmin alovuna alışacaq."