“Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır”.
Rasthaberin məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqdə deyib.
O, İran hökumətinin indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğuladığını diqqətə çatdırıb.
Ə. Rəbii qeyd edib ki, İran Azərbaycanın işğal olunmuş ərazisində baş verən hadisələri diqqət və narahatlıqla izləyir: “İki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülh yolu ilə həll etmək mümkündür. İran, Türkiyə və Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası sahəsində və ixtilafların həlində hər iki ölkəyə yardım edə bilər”.