İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir.
Rasthaber Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib.
Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətində sənaye sektoru və tikinti materiallarının istehsalı üzrə yetərincə potensial mövcuddur. Azərbaycanın azad olunmuş ərazilərində quruculuq işlərində Şərqi Azərbaycan vilayətinin şirkətləri iştirak edə bilərlər. İran şirkətləri bu ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə maraq göstərirlər.