İran Ayətullah Həkimin vəfatı münasibətilə İraqa başsağlığı verdi

İran Ayətullah Həkimin vəfatı münasibətilə İraqa başsağlığı verdi

İran İslam Respublikasının xarici işlər naziri Ayətullahül-üzma Seyid Məhəmməd Səid Təbatəbai Həkimin vəfatı münasibəti ilə basşağılığı verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  Hüseyn Əmir Abdullahiyan verdiyi başsağlığı müraciətində deyilir: "O, yorulmaz alim və mücahid fəqihin bərəkətli və məhsuldar ömrü dinin əsaslarını müdafiə etmək, şiəlik prinsipləri haqqında saf düşüncəni yaymaq , haqq yolunda və Bəəs rejiminin zülm və diktatorluğu ilə mübarizə yolunda sərf olundu".

Əmir Abdullahiyanın müraciətində əlavə olunub:  "Bu kədərli və ağır itki münasibətilə İslam və şiəlik dünyası, Ali Məqamlı rəhbər, təqlid mərcələri, İslam alimləri, dini elmlər hövzələri xüsusilə də Nəcəfi-Əşrəfin Mübarəkə Dini Elmlər Hövzəsi, o, ali məqamlı fəqihin ardıcılları, böyük Həkim ailəsi, həmçinin İraq dövləti və xalqına başsağlığı veririəm".

İslam dünyasının tanınmış təqlid mərcələrindən olan Ayətullahül-üzma Seyid Məhəmməd Səid Təbatəbai Həkim Nəcəf Əşrəf şəhərində ürək çatışmazlığı nəticəsində vəfat edib.

Xəbəri paylaş

VİDEOLAR