İranın Dövlət televiziyası ABŞ-ın Aynul Əsəd hərbi bazasına edilən hücumla bağlı açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, İranın Dövlət televiziyası ABŞ-ın Aynul Əsəd hərbi bazasına edilən hücumla bağlı açıqlama verib.
İribnews-da yayımlanan xəbərə görə, "Şəhid Süleymani" adı ilə başladılan hücum zamanı 80 amerikalı terrorçu (ABŞ Ordusunun 80 hərbçisi) məhv edilib, çox sayda yaralı var. ABŞ Ordusu İraq Səhiyyə nazirliyindən yaralıların xəstəxanalara göndərilməsi üçün xahiş edib.
Xəbərə görə, Aynul Əsəd bazasına 15 raket atılıb.