İran əksəriyyəti Almaniya vətəndaşı olmaqla Avropanın 10 fiziki şəxsi və beş qurumuna sanksiya tətbiq edib.
Az.rasthaber.com İRNA-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani açıqlama verib.
O, bu gün keçirilən mətbuat konfransında bır sıra Avropa media və siyasi qurumlarının, habelə bəzi siyasətçilərinin “İranda iğtişaşlara, zorakılığa, ölkə vətəndaşlarına qarşı insan hüquqları pozuntusuna və terror addımlarına dəstək verdiklərini” deyib və yeni sanksiyaların tətbiqindən söz açıb.
Onun sözlərinə görə ümumilikdə 15 qurum və fiziki şəxsə sanksiya tətbiq edilib ki, Almaniya vətəndaşları çoxluq təşkil edirlər.
İranın sanksiya tətbiq etdiyi qurumların arasında Fransanın islamofob “Charlie Hebdo” jurnalı da var.