İran atıcısı Tokio Olimpiya Oyunlarında qızıl medal qazandı

İran atıcısı Tokio Olimpiya Oyunlarında qızıl medal qazandı

Cavad Furuği Tokio Olimpiya Oyunlarında pnevmatik tapança ilə atəş açma yarışında çempion oldu və İranın atıcılıq tarıxındə ilk olimpiya medalını qazandı.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Tokio-2020 Olimpiya Oyunlarının pnevmatik tapança ilə atəş açma üzrə final yarışında, İranın yeganə təmsilçisi qızıl medal qazanaraq, İranın atıcılıq tarixində ilk olimpiya medalını qazanıb.

O, bundan əvvəl seçmə mərhələsində 580,25 xal qazanaraq, beşinci pillədə qərarlaşaraq, finala yüksəlmişdi. 

Finalda İran, Hindistan, Çin, Almaniya, Ukrayna, Cənubi Koreya və Serbiyadan olan idmançılar rəqabət aparırdılar ki,  Serbiya təmsilçisi Damiyer ikinci və çinli Janq Vi üçüncü oldu.

Furuği Hindistan və Xorvatiyadakı Dünya Kubokunda iki qızıl medal qazanaraq, Dünya Federasiyasının reytinqində birincidir.

Xəbəri paylaş

VİDEOLAR