İran: Aralıq dənizində gəmidəki partlayış təxribat xarakterlidir

İran:  Aralıq dənizində gəmidəki partlayış təxribat xarakterlidir

İranın xarici işlər nazirliyinin sözcüsü Səid Xətibzadə a,;qlama verib

 “Əldə olunan dəlillər İranın konteyner gəmisinə qarşı beynəlxalq qanuna və dəniz qanunlarına zidd olan təxribat hücumunu təsdiqləyir.”

Rasthaber  xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin sözcüsü Səid Xətibzadə deyib.

O bildirib ki, gəmiyə hücum beynəxalq qanunlar və dəniz qanunlarını açıq-aşkar heçə saymaq və pozmaqdır.

“Bu təxribatın təşəbbüskarlarını müəyyənləşdirmək üçün lazımi tədbirlərin görülməsi üçün əlaqədar qurumlar iş görürlər və bu mövzunu gündəmdə saxlaycağıq.”, -deyə Xətibzadə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR