İran: Amerikalı diplomatlar özləri terrorçuları himayə edir

İran: Amerikalı diplomatlar özləri terrorçuları himayə edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin iranlı diplomatlara qarşı ittihamlarına cavab verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bildirib ki, amerikalı diplomatlar çoxdandır terrorçuları himayə və təchiz etmək ilə məşğuldurlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi dünən öz şəxsi tvitter səhifəsində yazıb: "İnkarolunmaz reallıq budur ki, Amerikanın dırnaqarası diplomatları çoxdandır, çevriliş, terrorçuları silahlandırma. firqəvi zorakılıqları qızışdırmaq, narkomaddələr kartellərinə dəstək, hökumət və şirkətlərə qarşı zorakılıq, hətta Amerikanın müttəfiqlərindən belə casusluq etmək, diktatorlar və terrorçularla oturub-durmaqla məşğuldurlar."

Musəvi "Amma Pompeo və onun şefləri bu işləri tibbi terrorizm kimi yeni mərhələyə daxil ediblər. Buna görə, o günahla aşıb-daşan bir vicdana malik olaraq, belə bir psixoloji günahlandırmaya əl atır.", -deyə qeyd edib.

ABŞ İranlı diplomatları terrorçulara dəstəkdə ittiham edib.

Xəbəri paylaş

VİDEOLAR