İran Almaniyada çevrilişə cəhd ittihamı ilə həyata keçirilən həbsləri riyakarlıq adlandırıb

İran Almaniyada çevrilişə cəhd ittihamı ilə həyata keçirilən həbsləri riyakarlıq adlandırıb

“Terrora, zorakılığa, nifrət yaratmaq cəhdlərinə qarşılıq vermək beynəlxalq hüquqda açıq-aşkar mümkün məsuliyyət və öhdəlikdir. Almaniya bu məsələdə öz təhlükəsizliyi və sərhədlərini qırmızı xətt hesab edir. Amma İranda bu nəhs işlərə təşviq edir və bizim onlara qarşı legitim mübarizəmizi riyakarcasına pisləyir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan tvitter hesabında yazıb.

Abdullahiyan Almaniyada dövlət çevrilişini həyata keçirmək cəhdi ilə 50-dən çox insanın saxlanılmasına maraqlı münasibət bildirib və bunu İranda həyata keçirilən həbslərlə müqayisə edib.

İran XİN rəhbəri yazıb ki, Almaniya terroru, zorakılığı, nifrət yaratmaq cəhdlərini öz ərazisində  qırmızı xətt bildiyi halda, riyakarcasına bu işlərin İranda olmasını təşviq edir.

Qeyd edək ki, Almaniya hökuməti son iğtişaş və etirazlarla bağlı ötən gün İranın səfirini Berlində XİN-ə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR