İran Ali Milli Təhlükəsizlik Şurasının katibi BƏƏ-yə səfər edəcək

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi BƏƏ-yə səfər edəcək

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, Şamxani nüvə sazişinin canlandırılması üzrə danışıqların vəziyyətini və digər təhlükəsizlik - siyasi məsələləri müzakirə etmək üçün həmkarı ilə görüşlər keçirəcək.

ISNA isə Ali Milli Təhlükəsizlik Şurasına yaxın “Noor News”a istinad xəbər verir ki Əli Şamxani yaxın vaxtlarda regiondakı ərəb ölkələrindən birinə səfər edəcək. Bu səfərin məqsədi həmin ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşmək və bəzi mühüm təhlükəsizlik və iqtisadi məsələləri həll etməkdir.

Xatırladaq ki, 2016-cı ildə İran və BƏƏ arasındakı əlaqələr pozulub.

İran və Səudiyyə Ərəbistanı isə keçən həftə Pekində Çinin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər. Hər iki tərəf 7 ildən sonra səfirlikləri və diplomatik missiyaları bərpa etməyə razılaşıb.

Xəbəri paylaş

VİDEOLAR