İran: Aİ ilə nüvə sazişiylə bağlı məsləhətləşmələrimiz davam edir

İran: Aİ ilə nüvə sazişiylə bağlı məsləhətləşmələrimiz davam edir

Fransanın “Le Figaro” qəzetinə danışan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Nüvə anlaşması ilə bağlı Avropa İttifaqı (Aİ) ilə məsləhətləşmələr aparırıq” deyib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fransanın “Le Figaro” qəzetinə verdiyi çıxışda gündəmdəki məsələləri dəyərləndirib.

Əmir Abdullahiyan ötən mart ayında imzalanan Tehran-Ər-Riyad müqaviləsi haqqında deyib: “İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması sadəcə taktiki razılaşma deyil".

Əmir Abdullahiyan əlavə edib ki, Tehran Ər-Riyadla ticari və iqtisadi əlaqələri inkişaf etdirmək qərarına gəlib.

Yəmən böhranı ilə bağlı Əmir Abdullahiyan bəyan edib ki, Tehran Yəməndəki müharibəni dayandırmaq və dialoq prosesini həyata keçirmək üçün bütün tərəflərlə əlaqə saxlayır.

Nüvə danışıqları ilə bağlı Avropa İttifaqı ilə təmasların davam etdiyini bildirən Əmir Abdullahiyan deyib:

"Nüvə mövzularında Borrell və Mora ilə məsləhətləşmələrimizi davam etdiririk".

Hüseyn Əmir Abdullahiyan bildirib ki, nüvə sazişi ilə bağlı ABŞ ilə mesaj mübadiləsi regional və Aİ vasitəçi dövlətləri vasitəsilə davam edir.

Xəbəri paylaş

VİDEOLAR