İran AEBA ilə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir

İran AEBA ilə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir

İran digər ölkələrdən təhdidlərin davam etməsi halında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandırmaq imkanını nəzərdən keçirir.

Az.rastahber.com “Report”a istinadən xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri Əli Şamxani sosial şəbəkələrdə yazıb.

"Davam edən xarici təhdidlər və İrana qarşı hərbi zərbə üçün şəraitin yaradılması AEBA müfəttişlərinin ölkədən çıxarılması və agentliklə əməkdaşlığın dayandırılması kimi tədbirlərə səbəb ola bilər", - Ə.Şamxani yazıb.

O, həmçinin əlavə edib ki, İran zənginləşdirilmiş materialları təhlükəsiz məxfi yerlərə köçürə bilər.

Qeyd edək ki, Tehran və Vaşinqton aprelin 12-də Omanda danışıqlar keçirəcəklər.

Xəbəri paylaş

VİDEOLAR