İran: ABŞ Təl-Əvivə dəstəyi dərhal dayandırmalıdır!

İran: ABŞ Təl-Əvivə dəstəyi dərhal dayandırmalıdır!

İranın xarici işlər naziri Əmir Abdullahian deyib: “Bütün regionda təhlükəsizliyin bərpası üçün Ağ Ev Yəmənə hərbi hücum əvəzinə Təl-Əvivlə bütün hərbi və təhlükəsizlik əməkdaşlığını dərhal dayandırmalıdır”.

Az.rasthaber.org xəbər verir ki, ABŞ-ın Yəmənə hücumlarını tənqid edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan X sosial media hesabında bunları paylaşıb:

“Yəmənin Qəzzada qadın və uşaqlara dəstək verməsi və İsrail rejiminin soyqırımına qarşı çıxması təqdirəlayiqdir.

Sana tamamilə dənizçilik və gəmiçiliklə məşğuldur. Bütün regionun təhlükəsizliyini bərpa etmək üçün Ağ Ev Yəmənə hərbi hücum əvəzinə, Qəzza və İordan çayının qərb sahili xalqına qarşı Təl-Əvivlə geniş hərbi və təhlükəsizlik əməkdaşlığını dərhal dayandırmalıdır”.

Xəbəri paylaş

VİDEOLAR