ABŞ "Tondər" terror qruplaşması və bu ölkə ərazisindən İran xalqına qarşı terror aktları planlaşdıran bütün terror qruplaşmalarını dəstəkləməsinə görə cavab verməlidir.
Rasthaber Azərbaycan İran mediasına istinadlı məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Abbas Musəvi deyib.
"Tondər" terror qruplaşmasının başçısı Cəmşid Şarmehdin ələ keçirilməsi əməliyyatını yüksək qiymətləndirən İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri "İran xalqının kənarında olduğunu iddia etməsinə rəğmən ABŞ rejimi İranda terror aktlarını planlaşdıran, günahsız insanların qanını axıdan terrorçulara öz ərazisində sığınacaq verir, onları müxtəlif formada dəstəkləyir.", -deyə bildirib.
Musəvi daha sonra ABŞ rejiminin rəftarlarına kəskin etiraz edib: "ABŞ "Tondər" terror qruplaşması və bu ölkə ərazisindən İran xalqına qarşı terror aktları planlaşdıran bütün terror qruplaşmalarını dəstəkləməsinə görə cavab verməlidir."
Qeyd edək ki, şənbə günü İran hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı “Tondər” adlı terrorçu qruplaşmasının liderini həbs ediblər. Əməliyyatın təfərratları açıqlanmır.
Cəmşid Şarmahd Şirazda 2008-ci ildə İmam Hüseyn məscidində törədilən terror aktının təşkilatçılığında ittiham edilir. Partlayış zamanı 10 nəfərdən çox insan dünyasını dəyişmiş, 200 nəfərə yaxın insan isə yaralanmışdı. Cəmşid Şarmahd İranda Şah hakimiyyətinin yenidən bərqərar olması üçün İran xaricində fəaliyyət göstərən “Tondar” adlı təşkilatını və saytını da təsis etmişdi. Sosial şəbəkə profillərində onun ABŞ-da Los-Ancelesdə yaşadığı qeyd olunurdu.