İran ABŞ qarşısında heç vaxt təcrid olmayıb və olmayacaq

İran ABŞ qarşısında heç vaxt təcrid olmayıb və olmayacaq

Bunu İran İslam Respublikası Prezidenti Həsən Ruhani deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İran İslam Respublikası Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında, koronavirus pandemiyasından irəli gələn problemlər və sanksiyalara rəğmın, inflyasıyanın azalması və neftdən asılı olmayaraq, iqtisadi artımın qeydə alınmasına işarə edərək, deyib: "İran ABŞ qarşısında heç vaxt təcrid olmayıb və olmayacaq da və iqtisadi artım prosesi davam edəcək". 

Əhatəli Müştərək Təşəbbüs Proqramının imzalanmasının beşinci ildönümünə toxunan İran prezidenti ABŞ hökumətinin bu anlaşmadan qanunsuz çıxmasını sionistlər, regionun mürtəce başçıları və ABŞ-dakı ifratçıların mənhus üçbucağının səylərinin nəticəsi kimi xarakterizə edərək deyib: "İranın sülhsevər olmasının sübuta yetməsi, neçə yüzillik anti-İran təbliğatlarının etibarsız olması, düşmənlərin İranın milli təhlükəsizliyinə xələl gətirmə cəhdlərinin iflasa uğraması və Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarının ləğv edilməsi nüvə anlaşmasının nailiyyətlərindədir ki, ABŞ-ın səylərinə baxmayaraq, bu günə qədər qorunub saxlanıb".   

Ruhani sonda İrana qarşı silah embarqosunun ləğv edilməsini beynəlxalq hüququ və çoxtərəfliliyi qorumaq üçün atılan bir addım kimi dəyərləndirərək "Rəsmi Tehran bu sahədə bütün hərəkətləri diqqətlə izləyir", -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR