İran ABŞ PUA-sının şifrə və kodlarını ələ keçirib

İran ABŞ PUA-sının şifrə və kodlarını ələ keçirib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanından açıqlama

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı dünən deyib ki, İran hazırda “Global Hawk” amerikan pilotsuzunun bütün kodları və tezliklərini ələ keçirib.

Briqada generalı pasdar Əmir Əli Hacızadə ötən ilin iyun ayının 20-də İranın hava məkanını pozmuş “Global Hawk” pilotsuzundan aşkar edilmiş yeni detalların təqdimatında bildirib ki, İran İslam Respublikası hazırda bir neçə min kilometrlik məsafədən bu pilotsuzu zərəsizləşdirə bilər.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı indiyədək bu korpus tərəfindən hədəfə və ya nəzarət altına alınan amerikan PUA-larına işarə edərək deyib ki, İran hazırda dünyada ən iri PUA kolleksiyasına malikdir.

General Hacızadə həmçinin amerikalı rəsmilərin İranın İraqın Ələnbar vilayətində yerləşən Ayn al Asad amerikan bazasına qarşı raket hücumunun tələfatını gizlətmələri haqda deyib ki, tezliklə bu hücum barədə yeni məlumatlar yayılacaqdır.

Xəbəri paylaş

VİDEOLAR