İran: ABŞ müstəqil ölkələrə müdaxilə etməkdə rekord qırıb

İran: ABŞ müstəqil ölkələrə müdaxilə etməkdə rekord qırıb

"ABŞ administrasiyası müstəqil ölkələrə və hökumətlərə qarşı müdaxilə, hərbi hücumlar və çevrilişlər etmək üzrə rekord qırıb"

Az.rasthaber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani 1953-cü il avqustun 19-da baş verən İran çevrilişinin ildönümü ilə əlaqədar Twitter hesabında paylaşım edib.

Kənani paylaşımında bildirib:

"ABŞ administrasiyası müstəqil ölkələrə və hökumətlərə qarşı müdaxilə, hərbi hücumlar və çevrilişlər rekordu qırıb. 28 avqust 1953-cü ildə İrana qarşı çevriliş bu qara tarixin bariz nümunəsidir. Görəsən, ABŞ administrasiyası İrana qarşı səhv və uğursuz siyasətini düzəldəcək və İran xalqının qanuni hüquqlarına hörmət edəcəkmi?"

Xəbəri paylaş

VİDEOLAR