İran: ABŞ-ın Yəmənə hücumları müharibə cinayətidir

İran: ABŞ-ın Yəmənə hücumları müharibə cinayətidir

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “ABŞ-ın Yəmənə təcavüzkar və təkrar hücumları təkcə beynəlxalq hüququn prinsip və standartlarının, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması deyil, həm də beynəlxalq humanitar hüququn qayda-qanunlarını və prinsiplərini pozmaq və hərbi cinayət nümunəsidir.”

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai ABŞ-ın Sənadakı hədəflərə aviazərbələr endirməsini kəskin şəkildə pisləyib.

 

Mətbuat katibi bildirib: “ABŞ-ın Yəmənə təcavüzkar və təkrar hücumları təkcə beynəlxalq hüququn prinsip və standartlarının, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulması deyil, həm də beynəlxalq humanitar hüququn qayda-qanunlarını və prinsiplərini pozmaq və hərbi cinayət nümunəsidir.”

 

Yəmən xalqının işğala və soyqırıma qarşı məzlumları dəstəkləməkdə onların möhkəm inamından qaynaqlanan məzlum Fələstin xalqı ilə şərəfli dəstək və həmrəyliyini yüksək qiymətləndirən Bəqai Amerika, İngiltərə və sionist rejimin Yəmənə qarşı təcavüzkar hərəkətlərinə qarşı İslam dünyasını və region ölkələrini, eləcə də BMT-ni ciddi addım atmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR