İran ABŞ-ın əsassız ittihamlarını rədd edib

İran ABŞ-ın əsassız ittihamlarını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Xətibzadə, ABŞ Dövlət Departamentinin illik insan haqları hesabatında, İranla bağlı əsassız iddiaları rədd edərək, “Dəfələrlə və əsassız hesabatların yayınlanması bu cür xəbərlərə legitimlik vermir” deyib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə bu barədə verdiyi açıqlamada bildirib:

"“Aydındır ki, biz yalana aludə olmuş ABŞ hökumətindən həqiqətləri səsləndirməsini gözləyə bilmərik və buna görə də bu hesabatın qərəzli, siyasi və müdaxilə xarakteri dünyaya və İran xalqına açıqdır. 

Tarixi müharibələr, çevrilişlər, terrorizm, adam oğurluğu, iqtisadi mühasirə və günahsız insanların öldürülməsi ilə dolu olan ABŞ hökuməti bütün dünyada insan haqlarını pozan lider ölkə olub və buna görə də insan haqları kimi müqəddəs anlayışlardan söz etməyə haqqı yoxdur.

İqtisadi terrorizmin bariz nümunəsi sayılan və iranlı xəstələrin istifadəyə ehtiyacı olan dərmanların ölkəyə daxil olmasına mane olan İran xalqına qarşı qeyri-qanuni iqtisadi sanksiyaların tətbiqi kimi ABŞ-ın məcburedici hərəkətləri İran xalqının hüquqlarının açıq şəkildə pozulmasıdır. 

ABŞ rejiminin iddiaları ikiüzlüdür və bu ölkənin siyasi qeyri-qanuni məqsədlərinə çatmaq üçündür. ABŞ-ın keçmiş prezidentinin Qərbi Asiya regionunda terrorla mübarizə qəhrəmanı kimi tanınan general Qasım Süleymaniyə verdiyi terror əmri ABŞ-ın terrorçu mahiyyətini hərtərəfli ortaya qoydu”.

Xəbəri paylaş

VİDEOLAR