İran: ABŞ-ın qanunsuz hərəkətlərinə qarşı İraqın yanındayıq

İran: ABŞ-ın qanunsuz hərəkətlərinə qarşı İraqın yanındayıq

İranın xarici işlər naziri Abbas Əraqçi deyib: “Biz İraq xalqının yanındayıq və ABŞ-ın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün İraq hökuməti ilə əməkdaşlığa sadiqik”.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas İrakçi sosial media platforması X üzərindəki paylaşımında ABŞ-ın İraqın İrandan elektrik enerjisi idxalına icazə verən azadlığı yeniləməmək qərarına reaksiya verib.

Əraqçi paylaşımında bu ifadələrdən istifadə edib:

“ABŞ administrasiyasının, xüsusilə də qarşıdakı isti aylara girdiyimiz bir vaxtda, elektrik enerjisi kimi əsas xidmətlərdən məhrum edərək, günahsız İraq xalqını hədəf almağa qərar verməsi çox təəssüf doğurur.

Biz İraq xalqının yanındayıq və ABŞ-ın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün İraq hökuməti ilə əməkdaşlığa sadiq qalırıq”.

Xəbəri paylaş

VİDEOLAR