İran: ABŞ-ın ölüləri də sanksiya siyahısına salması gülüncdür

İran: ABŞ-ın ölüləri də sanksiya siyahısına salması gülüncdür

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian mətbuata açıqlamasında İngiltərə, Fransa və Almaniyanın İranın nüvə razılaşmasındakı öhdəliklərini yerinə yetirməməsi səbəbi ilə silah embarqosunu qüvvədə saxlamaq qərarı ilə bağlı suala cavab verib.

Az.rasthaber.com xəbər verir ki, Abdullahiyan deyib:

"Razılaşmanın mətninə əsasən, qarşı tərəflər öz öhdəliklərindən uzaqlaşdıqca İran buna uyğun addımlar atacaq. Bununla bağlı Milli Məclisdə təsdiq edilmiş “Proporsional və Qarşılıqlı Fəaliyyət Qanunu” bununla bağlı vəzifəni müəyyən edir və hökumət bununla bağlı müvafiq və mütənasib addımlar atır. 

Aİ, Böyük Britaniya və ABŞ-ın İranda “insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” şəxslərə və təşkilatlara qarşı tətbiq etdiyi sanksiyalarla bağlı sanksiya siyahısına daxil edilən adlar arasında bir neçə il əvvəl dünyasını dəyişənlər də var. Onların siyahıya salınması gülüncdür. Əslində onların özləri də bu gülünc oyundan beziblər. 

Onlar bir tərəfdən danışıqlar tələb etməklə, digər tərəfdən yanlış siyasətləri təkrarlamaqla İrana təzyiqi artıra bilməzlər. Qarşı tərəfin təşəbbüslərini cavabsız qoymayacağıq".

Xəbəri paylaş

VİDEOLAR