İran: ABŞ hələ də saziş əldə etmək üçün lazımi iradəyə sahib deyil

İran: ABŞ hələ də saziş əldə etmək üçün lazımi iradəyə sahib deyil

Vyana danışıqlarında sazişin əldə olunub-olunmayacağını bilmirik.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu bu gün İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Hələlik saziş üçün heç bir mətnin hazırlanmadığını deyən Səid Xətibzadə bildirib ki, ABŞ hələ də saziş əldə etmək üçün lazımi iradəyə sahib deyil.

Onun sözlərinə görə, Vyanadakı danışıqlarda İran və ABŞ arasında həll olunmamış bir neçə məsələ hələ də qalmaqdadır.

“İran və Hərtərəfli Birgə Fəaliyyət Planının koordinatoru olan “4+1” ölkələri arasında razılaşdırılmamış heç bir məsələ qalmayıb. Yerdə qalan məsələ rəsmi Vaşinqtonun siyasi qərar qəbul etməsinə bağlıdır. Biz öz təşəbbüsümüzü irəli sürmüşük. İran və “4+1” ölkələri ABŞ tərəfindən əlverişli cavab alan kimi müzakirələri davam etdirmək üçün Vyanada toplaşacaqlar. Hamı bilməlidir ki, fürsət pəncərəsi əbədi olaraq açıq qalmayacaq”, - Xətibzadə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR