İran: ABŞ Əfqanıstanda məsuliyyətsiz davranır

İran: ABŞ Əfqanıstanda məsuliyyətsiz davranır

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial media hesabı "Tvitter" vasitəsilə Əfqanıstandakı son hadisələrlə əlaqədar açıqlama verib.

Rasthaber Azərbaycan-ın İran mediasına istinadən məlumatına əsasən, Səid Xətibzadə "Əfqanıstandakı narahatlıq verici hadisələri diqqət və ciddiyyətlə izləyirik", - deyib. 

 Mətbuat katibi Əfqanıstandakı gərginliyin dərhal azaldılmasına, qanunun aliliyinə hörmət edilməsinə və əhatəli bir dialoqa çağırış edib.  

İranın XİN sözçüsü, həmçinin bildirib ki, ABŞ-ın dağıdıcı siyasəti regionda uzunmüddətli pis nəticələr meydana gətirdi və indi bu ölkənin son dərəcə məsuliyyətsiz hərəkətləri daha çox ziyan verir.

Qeyd edək ki, ABŞ və NATO qüvvələri sentyabrın 11-dək Əfqanıstanı tərk etməyi planlaşdırıblar. Onlarn 20 il uzanan işğal siyasəti Əfqanıstanın təhlükəsizliyinə heç bir uğur qazandırmayıb.

Xəbəri paylaş

VİDEOLAR