İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı ABŞ bazasına hücumun təfərrüatlarını açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı SEPAH-ın Amerikanın İraqdakı təcavüzkar bazasına qarşı raket hücumundan danışıb.
"General Leytenant şəhid Süleymaninin qanının bahası amerikalıların regiondan qovulmaları olsa da, raket hücumu bu prosesin başlanğıcı idi.", -deyə general bildirib.
İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı General Mayor Əmirəli Hacizadə dünən SEPAH-ın amerikanların təcavüzkar bazasına qarşı uğurlu raket əməliyyatını açıqlayarkən General Süleymaniyə qarşı terror törədən bazaların müəyyənləşmiş olduğunu xatırladaraq deyib: "İranın intiqam üçün ilk seçimi Əttaci bazası idi amma sonra strateji və önəmli Eynül-Əsəd bazası hədəf seçildi."
İranın azərbaycanlı general bildirib ki, İran hücumu elə edə bilərdiki 500 nəfərlik personal tamamilə məhv olsun, lakin hədəf ABŞ-ın bahalı texnikası, bina və strukturu olub.
"Ayn al Asad Amerikanın İraq torpağında İran İslam Respublikası ərazilərinə ən uzaq və ən böyük bazadır və bu əməliyyatda "Fatih 313" və " Qiyam" raketlərindən istifadə edilmişdir. ", -deyə Hacızadə əlavə edib.
İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı bu əməliyyatda məqsədin Amerikan qərargahına və təchizatlarına zərbə endirmək və amerikanları nəzarətə almaq olduğunu bildirərək deyib: "Onlar tam hazır vəziyyətdə idilər və əməliyyatdan öncə 12 ədəd Pilotsuz Uçan Aparat və bir neçə hərbi təyyarə Eynül-Əsəd bazasını güdürdü amma bütün bu hazırlıqlara rəğmən heç bir reaksiyaya qadir olmadılar."
General Hacizadə daha sonra "SEPAH-ın uğurlu raket əməliyyatından sonra amerikalılar öz yaralılarını 9 uçuşla İordaniya və işğal olunmuş fələstinə köçürdülər və bir neçə Şinuk vertolyotu da digər yaralıları Amerikanın Bağdaddakı xəstəxanasına köçürdü.", -deyə bildirib.
General Hacizadə General Leytenant Süleymaninin şəhid edilməsinin Amerikanın strateji səhvlərindən olduğunu bildirərək deyib ki, heç şübhəsiz bu ağılsız hərəkət region və dünyada geniş dəyişikliyin başlanğıcı olacaq.