Bu barədə İran Məhkəmə Hakimiyyətinin rəsmisi Qulamhüseyn Esmaili bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, İran general Qasim Süleymaniyə qarşı sui-qəsd terroru ilə əlaqədar İnterpola 48 nəfərin yaxalanması üçün sorğu göndərib.
Bu barədə İran Məhkəmə Hakimiyyətinin rəsmisi Qulamhüseyn Esmaili bildirib.
O xatırladıb ki, İran sözügedən cinayətdə 48 nəfərin əlinin olduğunu müəyyən edə bilib. Həmin şəxslər arasında ABŞ rəsmiləri, o cümlədən də Pentaqon və digər qurumların əməkdaşları da var. Lakin əsas rolu ABŞ prezidenti Donald Tramp oynayıb.
“Onların hər birinin kimliyini müəyyən etmək mümkün olub. Hansı rolda olmalarından asılı olmayaraq, İnterpola “qırmızı bildiriş” göndərilib”, – deyə Esmaili qeyd edib.