İranın mədəni irs, əl işləri və turizm nazirinin müavini bu ölkənin yaxın 1 ay ərzində xarici turistləri qəbul etməyə hazır olacağını bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Vəli Teymurinin sözlərinə görə, bununla əlaqədar İranın digər ölkələrdəki nümayəndəlikləri və mədəniyyət attaşeləri ilə turistlərin İrana yenidən gəlməsi üçün danışıqlar aparılır.
Nazir müavini İranın beynəlxalq sərhədlərinin səhiyyə protokolları ilə tədrici şəkildə açılması üçün prosesin başlandığını deyib.
Onun sözlərinə görə, 2 həftə öncə İranın Koronavirusla Milli Mübarizə Komitəsi ilə danışıqlar nəticəsində İranın Mədəni İrs, Əl İşləri və Turizm Nazirliyinin səfər və sağlamlıq təklifi qəbul olunub.
Nazir müavini deyib ki, səhiyyə protokolları və sosial məsafə prinsipinə riayət etməklə böyük turizm məkanları fəaliyyətə başlayıb.
Belə ki, ötən 2 həftə ərzində İranda 4,2 milyon yerli turistin turist məkanlarında qalması qeydə alınıb.