İrandan Aİ-nin sanksiyalarına REAKSİYA

İrandan Aİ-nin sanksiyalarına REAKSİYA

İran Xarici İşlər Nazirliyi bəzi iranlı şəxslər və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarına gələn Avropa İttifaqına (Aİ) reaksiya verib.

Az.rasthaber.comxəbər verir ki, Nasir Kənani Avropa Birliyinin İran İslam Respublikası və vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq deyib:

"İran İslam Respublikasının Avropa Birliyinin elan etdiyi sanksiyalara reaksiyası qarşılıqlı olacaq".

Qeyd edək ki, Avropa İttifaqı ölkədə insan haqlarının pozulması iddiası ilə 32 İranlı şəxs və 2 təşkilata sanksiya tətbiq etmək qərarına gəlib.

Buna uyğun olaraq, Aİ ölkələri İranın irşad və mədəniyyət naziri Muhammet Mehdi İsmaili və təhsil naziri Yusuf Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək.

Sanksiyalar siyahısında olanların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, bu şəxslər və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.

Xəbəri paylaş

VİDEOLAR