İordaniyadan İsrailə ETİRAZ NOTASI

İordaniyadan İsrailə ETİRAZ NOTASI

İordaniya səfirliyinin verdiyi açıqlamaya görə, Xarici İşlər Nazirliyi sionist İsrailin Əmmandakı səfirliyinə rəsmi etiraz notası göndərib.

Az.rasthaber.com xəbər verir ki, etiraz notası sionist rejim polisinin himayəsi altında ekstremistlər, fanatik mühacirlər və sionist rejim şurası üzvlərinin Məscidül-Əqsaya hücumlarına cavab olaraq verilib.

İordaniya səfirliyindən verilən açıqlamada sionist rejimin Şərqi Qüdsdə işğalçı qüvvə olduğu bildirilib.

Bəyanatda həmçinin sionist rejimin şəhərin bütün müqəddəs yerləri, xüsusilə Şərqi Qüds şəhəri və Məscidül-Əqsa ilə bağlı beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq əsasında öz öhdəliklərini yerinə yetirməsinin zəruriliyi vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR