İordaniya ABŞ-ın İraqdakı qruplaşmalara qarşı hava hücumunu dəstəklədiyinə dair iddiaları rədd edib.
Az.rasthaber.com xəbər verir ki, İordaniyanın rəsmi xəbər agentliyi PETRA-nın verdiyi məlumata görə, İordaniya Silahlı Qüvvələrinin adı açıqlanmayan bir rəsmisi ABŞ-ın İraq ərazisinə etdiyi hücumlarda hava qüvvələrinin iştirak etmədiyini bildirib.
Məsələ ilə bağlı mətbuatda yer alan iddiaların həqiqətə uyğun olmadığını və İordaniya Silahlı Qüvvələrinin qardaş İraqın suverenliyinə hörmət etdiyini bildirən hərbi mənbə ölkəsinin bütün ərəb ölkələri ilə “qardaşlıq əlaqələrinin dərinliyinə” işarə edib.