Siyasi partiyaların çoxlu üzvləri və İordaniya xalqı bu ölkənin paytaxtı Ammanda sionist səfirliyi qarşısında etiraz toplantısı keçirərək, Məscidül-Əqsa və fələstinlilərə dəstək nümayiş etdirib.
Az.rasthaber.com xəbər verir ki, İordaniya siyasi partiyalarının nümayəndələri və fəalları cümə günü Ammandakı sionist səfirliyi qarşısında Məscidül-Əqsa və işğal olunmuş Qüdsdəki fələstinlilər qarşısında şüarlar səsləndirərək, bu rejimlə müqavilələrin imzalanmasını pisləyiblər.
Qeyd edək ki, cümə axşamı gecəsi sionist mühacirlərin Talmud ayinini yerinə yetirmək üçün Əl-Əqsa məscidi yaxınlığındakı Babul-Əmud bölgəsində toplanan İsrail qüvvələri fələstinliləri döyüb.