İordaniya Kralı Senatın buraxılması qərarına gəldi

İordaniya Kralı Senatın buraxılması qərarına gəldi

İordaniya Kralı Abdullah Senatın buraxılmasını qərara alıb.

Rasthaber trt-yə istinadən xəbər verir ki, Krallıq Divanından verilən açıqlamaya görə, Kral Abdullah yaydığı fərmanla 28 sentyabrdan etibarən Senatı buraxıb. 
Kral Abdullah daha sonra daha bir fərman yayıb və Senatın Faysal Akif Fayizin başçılığı altında yenidən qurulduğunu bildirib.
İordaniya Kralı sentyabrın 27-də isə parlamentin birinci palatası olan olan Nümayəndələr Palatasını buraxıb.
Qeyd edək ki, İordaniya parlamenti iki palatadan ibarətdir: Kralın təyin etdiyi şəxslərdən ibarət olan "Senat" və seçilən "Nümayəndələr Palatası".
Ölkədə ümumi seçkilər 10 noyabrda keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR