İordaniya kralı İsrailə xəbərdarlıq etdi: Qırmızı xətləri keçməyin!

İordaniya kralı İsrailə xəbərdarlıq etdi: Qırmızı xətləri keçməyin!

İordaniya kralı ikinci Abdullah sionist rejimin yeni hökumətində “Heç kim”lə əməkdaşlığa hazır olduğunu bəyan etsə də, Qüdsdə onların qırmızı xətlərini keçmələrinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, İordaniya kralı ikinci Abdullah CNN-ə müsahibəsində bildirib ki, Şərqi Qüdsdəki müsəlman və xristianların müqəddəs yerlərində mövcud təhlükəsizlik vəziyyətini dəyişməyə çalışanlar barəsində narahatdır.

İordaniya kralı xəbərdarlıq edib ki, “bizimlə döyüşmək istəsələr də, biz hazırıq”.

İşğal olunmuş Fələstində ən sağçı hökumətin yaradılması ABŞ prezidenti Co Bayden hökumətini narahat etdiyi kimi, İordaniyanı da narahat edir.

Məlumata görə, Netanyahu Yəhudi Güc Partiyasının lideri İtamar Ben-Qvir və Dini Sionist Partiyasının lideri Betsalel Smutriç kimi ekstremist siyasətçilərə Qüdsün müqəddəs yerlərində yaşayış məntəqələrini genişləndirmək, daxili təhlükəsizliyi qorumaq və vəziyyəti dəyişmək üçün səlahiyyət verib.

Xəbəri paylaş

VİDEOLAR