İordan çayının qərb sahilində İsrailə məxsus PUA qəzaya uğrayıb

İordan çayının qərb sahilində İsrailə məxsus PUA qəzaya uğrayıb

Sionist İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkerm bölgəsində qəzaya uğrayıb.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Sionist İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) işğal altındakı İordan çayının qərb sahilinin şimalında qəzaya uğrayıb.

Məsələ ilə bağlı işğal rejimi qüvvələri öz Tvitter hesabından yazılı açıqlama verib.

Açıqlamada İordan çayının qərb sahilinin şimalındakı Tulkerm qaçqın düşərgəsində Sky Rider tipli PUA-nın qəzaya uğradığı bildirilib.

Açıqlamada, yıxılan PUA-nın ətrafa səpələnmiş hissələrinin toplandığı və məlumatın sızması ilə bağlı narahatlığın olmadığı, hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.

Sözügedən pilotsuz təyyarənin düşmə səbəbi ilə bağlı məlumat verilməyib.

İşğal qüvvələri tez-tez məlumat toplamaq və sahə hərəkətlərini izləmək üçün belə dronlardan istifadə edirlər.

Xəbəri paylaş

VİDEOLAR