İntiqam başladı: İran ABŞ-ın iki hərbi bazasını vurdu - VİDEO

İntiqam başladı: İran ABŞ-ın iki hərbi bazasını vurdu - VİDEO

ABŞ-ın İraqda İranın İnqilab Keşikçiləri Korpusu Qüds güclərinin komandiri General Süleymaninin şəhid edilməsinə ilk addım atıldı

ABŞ-ın İraqda İranın İnqilab Keşikçiləri Korpusu Qüds güclərinin komandiri General Süleymaninin şəhid edilməsinə ilk addım atıldı.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın İraqda Anbardakı "Aynul Asad" və Ərbildəki hərbi bazalarına balistik raketlərdən atəş açılıb.

Gecə saatlarında vitse prezident və hərbi liderlərlə görüşən və az sonra xalqa televiziya ilə müraciət planını təxirə salan ABŞ Prezidenti Donald Tramp "hər şeyin qaydasında" olduğunu vurğulayıb.

Trampdan ilk açıqlama gəlib: "Hər şey qaydasındadır. İrandan İraqın iki hərbi bazasına raket hücumu edildi. İtki və xəsarətlə bağlı dəyərləndirmə aparılır. Hələ ki, hər şey qaydasındadır. Dünyanın ən güclü və ən yaxşı təchiz olunmuş ordusuna sahibik! Sabah səhər açıqlama verəcəyəm," o, Twitterdə yazıb.

İran hücumların başlanğını olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR