İnsan haqları məsələlərinin müzakirə edildiyi, Cenevrədə yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında İsrailin Fələstinə təxminən bir aydır davam edən hücumları mövzusunun rəsmi olaraq gündəmə gətirilmədiyi ortaya çıxıb.
Az.rasthaber.com xəbər verir ki, şuranın 2023-cü il dövri sədri olan Çex Respublikasının BMT-nin Cenevrə Bölməsindəki daimi nümayəndəsi səfir Vatslav Balek Nyu-Yorka səfəri zamanı keçirdiyi mətbuat konfransında Qəzza məsələsinin müzakirə olunmadığını və hələ gündəliyə salınmadığını söyləyərək deyib: “Oktyabrın 13-də keçirilən son iclasın yekun iclasında Yaxın Şərqdəki vəziyyət müzakirə edildi. O vaxtdan bəri BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası baş verənləri izləməyə davam etməklə kifayətlənir”.
Jurnalistlərin Qəzzanın hələ şurada müzakirə edilməməsi ilə bağlı tənqidlərinə qarşı Balek BMT gündəliyinin sədr deyil, üzv ölkələr tərəfindən müəyyən edildiyini və Qəzza məsələsinin müzakirə olunub-olunmayacağı ilə bağlı daha qərar verilmədiyini bildirib.