İranın Təhlükəsizlik Nazirliyi və SEPAH bəyanat yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Təhlükəsizlik Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Suleymani sui-qəsdilə bağlı bəyanat verib.
Bəyanatda vurğulanıb ki, amerikalı terrorçular öz əməllərinin cavabını alacaqlar.
İranın Təhlükəsizlik Nazirliyi bildirib ki, general-leytenant pasdar Qasem Soleymaninin cinayətkar Amerikanın əli ilə şəhid edilməsi mütləq şəkildə cavabsız qalmayacaq.
"Dünya imperializmi bu vəhşicəsinə cinayətlə İslam Dünyasının canına saldığı terrorçulara dəstəyinin əyani sübutudur. İslami Müqavimət Cəbhəsi dünya məzlumları və günahsızlarının qanlarına bulaşmış təcavüzkarların çirkin əllərini regiondan kəsəcəkdir.", -deyə bəyanatda qeyd edilib.
İnqilab Keşikçilər Korpusu da bəyanat yayraq sionistlər və ABŞ-a qarşı yeni mübarizə fəslinin açıldığını bildirib.
"Haqsız yerə tökülən qanlar üçün cinayətkarlardan intiqam alacağıq. İslami Müqavimət Cəbhəsi daha da qərarlı olaraq Şəhid Süleymaninin yolunu davam edəcəyik.
İslam Ümmətinin düşmənləri. xüsusilə terror dəstəkçisi və şər dövləti olan Amerika ilə, saxta Sionist rejiminə bunu xatırlatmaq istəyirik ki, Şəhid Süleymani sadəcə şəxs deyil, eyni zamanda sonsuza qədər yaşadılacaq inanc və cərəyandır. Bundan sonra onun daha mənalı işarələrini dünyadakı qeyri-qanuni və işğalçı varlıqlarında hiss edəcəklər.", -deyə Keşikçilər Korpusunun bəyanatında önə çəkilib.