22.04.2022 15:18:17
Tehranın cümə namazının müvəqqəti xətibi Ayətullah Seyid Əhməd Hatəmi İnqilab Keşikçiləri Korpusunun sanksiya siyahısından çıxarılmasının vacibliyini vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, Ayətullah Seyid Əhməd Hatəmi cümə namazı xütbələrində çıxış edərək gündəmdəki son hadisələrlə bağlı açıqlamalar verib.
Ayətullah Hatəmi bildirib:
"İnqilab Keşikçiləri Ordusunun sanksiya siyahısından çıxarılmamasının lazım olduğunu deyənlər düşmənə yardım edir. Bu cəfəngiyyatı deyənlərlə səlahiyyətli orqanlar məşğul olmalıdır".