İnqilab Keşikçiləri Komandanı: Hər təhdidə cavab verə biləcək gücdəyik

İnqilab Keşikçiləri Komandanı: Hər təhdidə cavab verə biləcək gücdəyik

İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı rəsmi tvitter səhifəsi vasitəsilə, “İrana birgə şəkildə cavab” vermək istəyən Britaniya, ABŞ və İsrail tərəfinə cavab verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, general-leytenant Hüseyn Səlami rəsmi tvitter səhifəsində yazıb: “Düşmənlər batil fikir və düşüncələrini başlarından çıxarsınlar. Çünki bizim cavabımız dağıdıcı və peşmanedici olacaq. Onlara tövsiyəmiz budur ki, İran xalqı ilə qarşılaşmaq cəbhəsinə daxil olmasınlar. Çünki biz möhkəm və müqavimət edənik.”

Qeyd edək ki, ötən həftə Oman dənizində sionist İsrail rejiminin şirkətinə məxsus gəmiyə “edilən hücum” və eləcə də iki gün öncə həmin sularda Britaniyaya məxsus olduğu deyilən gəminin “girov götürülməsi” cəhdi bölgədə vəziyyəti gərginləşdirib. İranın bu hadisələrin məsuliyyətini qətiyyətlə rədd etməsinə baxmayaraq, ABŞ dövlət katibi Antonio Blinken sərsəm bəyanat yayaraq, Tehrana “birgə və münasib cavab”dan söz açıb.

 

Xəbəri paylaş

VİDEOLAR