İngiltərədə ABŞ əleyhinə mitinqlər davam edir

İngiltərədə ABŞ əleyhinə mitinqlər davam edir

ABŞ-da Corc Floydun polis tərəfindən öldürülməsinə İngiltərənin paytaxtı Londonda etiraz edilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, nümayişçilər əvvəlcə iyunun 3-də günortadan sonra "Hyde Park"da toplaşıblar. Buradakı çıxışlardan sonra minlərlə nümayişçi Məclis Meydanına doğru yürüş edib.
Nümayişçilər Baş nazirlik binası və London Polis İdarəsinin qarşısından keçərək meydanda "Qaradərililərin həyat dəyərlidir", "ədalət yoxsa, sülh də yoxdur", "İngiltərə günahsız deyil" şüarlarını səsləndiriblər. 
Nümayişçilərin bir hissəsi daha sonra Baş nazirlik binasına tərəf yürüş edib. Burada şüarlar səsləndirən nümayişçilər polislərdən diz çökməsini istəyib.
Polislərin bəzilərinin qısa müddət diz çökdükləri müşahidə olunub. Nümayiş zamanı bir polis maşınına keçidiyi zamanda bir müddət mane olunub, bir polis əməkdaşına isə yumruqla hücum edilib.
Mayın 25-də ABŞ-ın Minnesota ştatında baş verən hadisədə afroamerikalı Corc Floyd saxlanılarkən "nəfəs ala bilmirəm" deyə qışqırmasına baxmayaraq, polisin boynuna dizi ilə basmağa davam etməsi nəticəsində həyatını itirdi.
Hadisə, o gündən bəridir ABŞ bütün şəhərlərində fasilələrlə zorakılığa səhnə olan etirazlara səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR