İngiltərədə 70 yaşlı müsəlman kişi küçədə yandırılıb

İngiltərədə 70 yaşlı müsəlman kişi küçədə yandırılıb

İngiltərənin Birmingem şəhərində yaşlı müsəlman vətəndaşa hücum edilib və kimsə onu yandırmağa cəhd edib.

Az.rasthaber.com xəbər verir ki, “Əl-Cəzirə”nin xəbərinə görə, bu müsəlman vətəndaş məsciddən evə qayıdarkən, kimsə ona hücum edib və üzərinə tez alışan materiallar səpərək yandırıb.

Bu hücum Britaniyanın paytaxtı Londonda oxşar hücumdan bir neçə həftə sonra baş verib.

Bazar ertəsi axşam Birmingem şəhərində baş verən bu hadisənin videosu sosial mediada geniş şəkildə paylaşılıb.

Hadisə ilə bağlı videoda gəncin təxminən 70 yaşlı yaşlı müsəlmanla mübahisə etməsi, daha sonra isə qocanı yandırması əks olunub.

Bu hadisədən sonra ağır yaralanan bu müsəlman vətəndaş çətinliklə xəstəxanaya çatdırılıb.

Birmingem polis rəisi araşdırmaya başlandığını və müstəntiqlərin hücumçunun motivini araşdırdıqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR