İngiltərə səfiri İran XİN-ə çağırıldı

İngiltərə səfiri İran XİN-ə çağırıldı

İngiltərə hökumətinin sanksiyalardan yayınma ittihamı ilə ölkəmizin vətəndaşlarından birinin ABŞ-a ekstradisiyasına dair hərəkətindən sonra İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İngiltərənin Tehrandakı səfiri Saymon Şerklifi çağırıb.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin baş konsulluq direktoru İran vətəndaşının qeyri-qanuni həbs edilməsi və onun ABŞ-a təhvil verilməsinə dair İran İslam Respublikasının kəskin etirazını İngiltərə səfirinə çatdırıb.


Bu İran vətəndaşının qanunsuz həbsindən xəbər tutan Xarici İşlər Nazirliyi Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad edilməsinin zəruriliyini izləyib və səylər hələ də davam edir.

Xəbəri paylaş

VİDEOLAR