Britaniyanın İngiltərə və Uels bölgələrində həbsdəki insanların sayı rekord həddədir.
Az.rasthaber.com xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyndən məlumat verilib.
Təkcə son 4 həftə ərzində həbsxanalara təxminən 1000 yeni məhbus da gətirilib.
Qeyd edilib ki, hazırda həbsxanalarda 88 350 dustaq var. Bu isə bir həftə bundan qabaqkı statistikadan 116 nəfər daha çox deməkdir.
2011-ci ildən aparılan həftəlik məhbus sayı statistikasına əsasən, bu, ən yüksək həftəlik göstəricidir.
Son dövrlərdəki şiddətli artım isə ölkədəki iğtişaşlardan sonra baş verən həbslərlə bağlıdır.