İndoneziyada güclü zəlzələ: Ölən və yaralananlar var

İndoneziyada güclü zəlzələ: Ölən və yaralananlar var

İndoneziyanın Yava adasında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, İndoneziya Milli Fəlakət İdarəsi Agentliyinin (BNPB) verdiyi açıqlamada Yava adasında 6,4 bal gücündə zəlzələnin baş verdiyi açıqlanıb.

BNPB zəlzələdən sonra sunami xəbərdarlığı edib.

Yerin 25 kilometr dərinliyində baş verən zəlzələdə ilk təsbitlərə görə 1 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Xatırladaq ki, İndoneziyanın Aceh bölgəsində 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi.

Xəbəri paylaş

VİDEOLAR