İndoneziyanın Morovali bölgəsində nikel sənaye parkında baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, İndoneziyada nikel sənaye parkında ərimə zavodunda baş verən partlayış böyük qorxuya səbəb olub. Yerli medianın verdiyi ilk xəbərdə partlayışdan sonra ən azı 12 nəfərin həyatını itirdiyi açıqlanıb.
Səlahiyyətlilər partlayış nəticəsində 39 nəfərin yaralandığını bildirib və yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu qeyd edib. Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
İTSS adlı dəmir-polad firmasına məxsus ərazidə baş verən partlayışda yaralananların xəstəxanaya aparıldığı bildirilib. Sulavesi adasındakı partlayışda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.