İndoneziyada bərənin aşması nəticəsində 15 nəfər ölüb

İndoneziyada bərənin aşması nəticəsində 15 nəfər ölüb

İndoneziyada bərə qəzaya uğrayıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Detik" portalı məlumat yayıb.

Hadisə Sulavesi adası yaxınlığında baş verib.

Qəzada 15 nəfər ölüb, daha 19-u itkin düşüb.

İndiyə kimi sağ qalan 6 sərnişinin yeri tapılıb və onlara tibbi yardım göstərilir.

Qeyd olunur ki, xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Bərə ölkədaxili daşımaları həyata keçirirdi.

Xəbəri paylaş

VİDEOLAR